Unibox-un hekayəsi

Unibox-un hekayəsi 

UniBox, çətin həyat şəraitində yaşayan qadınlara davamlı dəstək göstərmək məqsədilə yaradılmış sosial təşəbbüsdür. Bu ideya ilk dəfə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilən “Woman Bazaar” dayanıqlı inkişaf layihəsi çərçivəsində formalaşmışdır.

Layihə zamanı aztəminatlı ailələrdən olan qadınlar, məcburi köçkünlər, gənc analar, əlilliyi olan xanımlar və zorakılıqdan xilas olmuş qadınlar öz əl işlərini təqdim etmək və satmaq imkanı qazanıblar. Bununla yanaşı, onlara marketinq və biznesin inkişafı mövzularında təlimlər keçirilib ki, bu da onların iqtisadi müstəqillik yolunda  addımlarını daha möhkəm atmalarına kömək edib.

 

Amma, festival bitən kimi imkanlar da bitirdi. 

Biz düşündük: 

Nə üçün bu dəstək festivalla bitməlidir?

Niyə bu, davamlı ola bilməsin?

Bu suallar bizi UniBox-u yaratmağa təşviq etdi. 

Unibox, sosial bərabərsizliyi azaltmağı və qadınların iqtisadi müstəqilliyini təşviq etməyi qarşısına məqsəd qoyan bir sosial biznesdir. Hər bir qutu həyatın çətinliklərinə qarşı dayanan və bu çətinlikləri bacarığa, sənətə və gəlirə çevirən qadınların əl işi məhsulları ilə doludur. 

Amma, Unibox sadəcə zövqlü və keyfiyyətli hədiyyələr deyil. Bu, sahibkarların iqtisadi güclənməsinə, öz güclərini kəşf etmələrinə və həyatda öz yollarını tapmalarına dəstək olan bir təşəbbüsdür. 

Biz “İnkişaf Paketi” təşəbbüsümüzlə onlara yalnız iş imkanı yox, eyni zamanda psixoloji dəstək, liderlik bacarıqları və biznes bilikləri təqdim edirik.

Unibox-u seçdiyin zaman sadəcə alış-veriş etmirsən. Sən bir qadının həyatında dəyişimin başlanğıcına çevrilirsən.

Missiyamız

Biz qadınların sahibkarlıq yolu ilə iqtisadi azadlığa və sosial gücə çatmasına dəstək oluruq.

Vizyonumuz

Biz elə bir gələcək təsəvvür edirik ki, hər bir qadın iqtisadi cəhətdən azad olsun, yaradıcılığını reallaşdırsın və yaşadığı icmada ilhamverici nümunəyə çevrilsin. 

Yuxarıya qayıt