Əsmər Əlizadə

Asmar Alizada

Bu yola çıxmağımda məni ilhamlandıran əsas səbəblərdən biri peşəm və sənətim oldu. 13 illik təhsilimin nəticəsi. Bir brend yaratmaq isə təbii ki, asan deyildi. İlk addımı atmaq qorxulu idi və ‘birdən bacarmaram’ kimi fikirlər var idi. Amma, o addımı atandan sonra gördüm ki, irəliləmək mümkündür və mən bunu bacararam. 

Motivasiyam brendimin konseptindən gəlirdi. Çünki, bu konsept insanlara pozitiv enerji ötürürdü. Mən həmin enerjini insanlardan geri alanda daha da inandım ki, bu işi davam etdirmək vacibdir.

Yaradıcılıqda əsas diqqətim təkrar olunmayan texnikalardan istifadə etmək, fərqlənməkdir. İstəyirəm ki, mənim işlərimə baxanda desinlər: ‘Bu, Əsmərin işləridir.’ Bu, mənim üçün çox önəmlidir.

Bu sənət mənim həm maddi qazancım, həm də rahatlığım və zövq aldığım mənbədir. Düşünürəm ki, bu, həyatımda qazandığım ən böyük uğurlardan biridir. Özümü heç vaxt başqa bir peşədə, masa arxasında və ya ofisdə təsəvvür etmirəm.

Qadın olaraq qarşıma çıxan çətinliklər əsasən fiziki məsələlərlə bağlı olub. Amma ailəm, dostlarım və ətrafım mənə dəstək olublar. Mən inanıram ki, insan qarşısına məqsəd qoymalı və addım atmağı bacarmalıdır ki, uğur qazansın. Qazandıqlarım isə heç vaxt birdən-birə olmayıb. Beş il ərzində sınaya-sınaya, nəticələri analiz edərək və suallar verərək bu yolu

 

Yuxarıya qayıt