Fidan Əliyeva

Fidan Aliyeva

Sahibkarlıq həm də cəmiyyətə toxunmaq deməkdir. Mən Greenza ilə cəmiyyətdə gördüyüm bir çox yanlışları dəyişmək və düzəltmək istəyirəm. İnsanlar baxmırlar, dərilərinə, uşaqlarına zərərli məhsullar istifadə edirlər. Bunu başqa kimsə alıb deyib, alanlara qoşulurlar. Evlərini heç vaxt istifadə etməyəcəkləri, ehtiyacları olmayan baxım və kosmetik məhsullarla doldururlar. Fayda görməkçün aldıqları məhsulların tərkibi o qədər zərərlidir ki, fərqində deyillər. Uzun müddət dəri qulluğumla bağlı araşdırmalar etmişəm. Peşəkarlarından konsultasiyalar almışam. Yaxşı tərkibli və effektli qulluq vasitələri var, amma azdır. Greenza məhsulları da o sıraya yazılsın istəyirəm.

Hazırladığımız məhsullar içində etiraf etməliyəm ki, ən az və ən gec satılanlar sabunlardır. Amma mən ən çox onları yaratmağı sevirəm. Sabunlarıma unikal dizayn vermək mənim üçün terapiyadır.

Qadın sahibkar olmanın çoxlu çətinlikləri var. Mən oğlumu yatırtmalıyam ki, emalatxana gedə bilim. Bu işi ancaq gecələr edə bilirəm. O da ancaq oğlum yatanda mümkün olur. Mənimçün ən böyük çətinlik budur

Yuxarıya qayıt