Təhminə Bağırova

Tahmina Baghirova

Bakalavr təhsili aldığım illərdə gördüyüm bir reallıq o idi ki, qızlarımız diploma cehizin ayrılmaz bir hissəsi kimi baxırlar, sanki diplom alıb ailə həyatı qurduqda 1-0 öndə olurlar. Bununla yanaşı, evdə qadınların söz haqqının kişilərlə müqayisədə az, bəzən isə ümumiyyətlə olmaması, qadınlarımızın öz inkişafları üçün yetərincə çalışmamaları və maddi cəhətdən azad olmamaları məni bu layihəni başlamağa sövq etdi.

İstehsalatla məşğul olmaq, yerli istehsalata dəstək vermək, yerli məhsulları xarici bazarlara çıxarmaq və tanıtmaq mənim üçün çox vacibdir. Hazırda fəaliyyətimi də məhz bu istiqamətdə qurmuşam.

Layihəmə qarşı ətrafdakıların inamsızlığı məni həvəsdən salırdı. Amma bu, məni dayandırmadı. Hazırda ölkəmizdə fəaliyyət göstərən böyük kitab şəbəkələri ilə əməkdaşlıq edirik və bu mənə göstərdi ki, maneələr hər zaman olacaq. Əsas olan bütün diqqətini və fokusunu məqsədinə yönəltməkdir. 

Yuxarıya qayıt