Minayə Mehdiyeva
Özümü bildim biləli incəsənət,rəsm və əl işləri ilə məşğulam
Düşündüm ki bu əlişlərimi artıq bir biznesə çevirə bilərəm və 19 yaşımda ilk brendim GoldHand’ i qurdum və 1 il sonra şəhərin mərkəzində GoldHand Studionu açdım.
Ən böyük motivasyam və dəstəkçilərim ətrafım, ailəm oldu.
İşini sevgi ilə görən dünyanın ən zəngin insanıdır.
Şam, sabun, epoxy, keramika məhsulları hazırlamaq həyatımın ayrılmaz bir hissəsinə çevrilib
Onları ən incə detalına kimi hazırlayıb və təlimlər keçərkən hüzur, rahatlıq və sevinc hissi yaşayıram.
Zaman zaman çətinliklər başverirdi
Bəzi insanların Psixoloji basğısı, motivasyadan salma çabaları məni dayandırmırdı amma büdrədirdi
-Bu nə sənətdir?! Özünə normal maaşlı iş tap!
Deyən insanlar indi mənim brendimin daimi müştərisinə çevrilib.
Və məni tanıyan hərkəs deyirki;
Bu qız bacarır