Pərvanə İbrahimova

Mən Lənkəran düyü və çay çeşidlərinin satışı ilə məşğulam. Bu işə başlamağımın səbəbi ondan ibarətdir ki, məhsulun əkilib-becərilməsində və istehsalında qadınların əməyi üstünlük təşkil etsə də, sahibkarların çoxu kişilərdir. Mən isə bu işlə qadınların səsini, gücünü və zəhmətini ön plana çıxarmağı hədəflədim.
Fərqli bitki və meyvə quruları ilə yeni çay dadları yaratmağı çox sevirəm. Arzum odur ki, hər kəsin ağız dadına uyğun bir Lənkəran çay növü olsun.
Qadın olaraq bu yolda qarşılaşdığım ən böyük çətinliklərdən biri odur ki, yaradıcı sahibkar kimliyimlə yanaşı, məişət məsuliyyətlərim də çoxdur. Bütün bunların fonunda biznesimin həm istehsalçısı, həm satıcısı, həm sosial media hesabının idarəçisi olmaqla yanaşı, eyni zamanda ana, həyat yoldaşı və övlad olmaq heç də asan deyil.