Tez-tez soruşulan suallar:
Aşağıdakı suallar müştərilər tərəfindən tez-tez soruşulur
Qutumu neçə günə əldə edə bilərəm
Sifariş təsdiqləndikdən sonra 5 iş günü ərzində çatdırılır. Çatdırılma müddəti sifarişin yerləşdiyi əraziyə\regiona görə dəyişə bilər.
Qutunu mən özüm dizayn edə bilərəm?
Bəli! Seçim əsasında qutunuzu fərdiləşdirmək imkanı təqdim edirik. İstədiyiniz məhsulları seçərək qutunu öz zövqünüzə uyğun şəkildə formalaşdıra bilərsiniz.
Xüsusi mesaj əlavə edə bilərəmmi?
Answer question 3
Collapsible row
Row content
Xüsusi mesaj əlavə edə bilərəmmi?
Əlbəttə! İstədiyiniz mesajı qeyd etdiyiniz halda qutunun içinə sizin adınızdan yazılmış xüsusi bir not əlavə edirik.
Məhsullar yalnız qadınlar tərəfindən hazırlanır?
Bəli, bizim əsas məqsədimiz yerli qadın sahibkarları dəstəkləməkdir. Qutularda təqdim olunan məhsullar yalnız qadınlar tərəfindən hazırlanır.
Ödəniş üsulları hansılardır?
Hazırda onlayn kart ödənişi ilə ödəniş qəbul edirik. Gələcəkdə əlavə ödəniş üsulları da aktivləşdiriləcək.
Regionlara çatdırılma varmı?
Bəli, Bakıdan kənarda yaşayan müştərilərimiz üçün də çatdırılma mövcuddur. Azərbaycanın bütün bölgələrinə sifariş qəbul olunur.
Sahibkar olaraq necə qoşula bilərəm?
Əgər siz də məhsullarınızı uniboxvasitəsilə təqdim etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq əməkdaşlıq üçün müraciət edə bilərsiniz