Səbinə Nəcəfova

Səbinə Nəcəfova

2020-ci ildə ilk dəfə menstrual qabı internetdə görəndə çox böyük təəccüb keçirmişdim. 31 yaşım var idi, iki uşaq anası idim və kifayət qədər təhsil və dünyagörüşüm vardı. Bu iki sual məni o qədər narahat etdi ki: niyə bu məhsul bizim ölkəmizdə yoxdur və niyə mən bu məhsulu bu qədər gec tanımışam?

Bu suallar məni menstrual tabu, menstrual stereotiplər, gender əsaslı stiqmalar haqqında çox geniş araşdırmalara aparıb çıxardı. Oxuduqlarım, suallarım və təəccübüm məni elə bir yerlərə apardı ki, artıq oradan əliboş geri dönüş yox idi. Artıq bu missiyanı üzərimə götürdüm. Nəinki ekoloji, sağlam məhsullar, həmçinin menstrual maarifləndirmə, xüsusilə də yeniyetmə qızların doğru şəkildə maarifləndirilməsi üçün çoxlu işlər görməyə başladım. Elə “Menarki” sözünün mənası da ilk menstruasiya deməkdir. Hər bir mövzuda olduğu kimi, menstruasiya mövzusunda da təməl çox vacibdir.

Artıq Menarki mənim həyatımın çox böyük hissəsini əhatə edir. Bu sahədə yaratmaq, neqativ rəylərə baxmadan irəliləmək, cəmiyyətə dəyər qatmaq, övladlarımın daha gözəl başlanğıclar yaşayacağına olan ümidlərim məni daha çox yaratmağa sövq edir.

Qadın olduğum üçün deyil, qadın mövzusu ilə məşğul olduğum üçün çox qapılar üzümə bağlanıb. “Menstruasiya” sözündən qorxaraq adımı siyahılardan silənlər çox olub. Amma əvvəldən bu yolun gül-çiçəkli olmayacağını bildiyim üçün bu çətinliklər məni həvəsdən salmayıb, əksinə, daha da güc verib. Menstruasiya olan hər kəsin bu məlumatlara və məhsullara əlçatan olmaq haqqı var. 

Other Entrepreneurs

Back to top